Serj müharibəyə mayda başlayır?

29-04-2015, 10:08   
Serj müharibəyə mayda başlayır?

Erməni gəncləri arasında son günlər böyük vahimə hökm sürür.

ANS PRESS-in məlumatına görə, Ermənistan mətbuatı hərbi xidmət keçmiş və ehtiyata buraxılmış erməni gənclərinin Qarabağa aparılacağı ilə bağlı məlumatlar yayır. Belə gənclərdən biri şikayət edərək hərbi komissarlığa çağırıldığını və may ayında Xankəndiyə göndəriləcəyi ilə bağlı ona bildiriş verildiyini bildirib. Həmin erməni gənc hərbi biletinin də hərbi komissarlıq tərəfindən götürüldüyünü bildirib. Adının çəkilməsini istəməyən gənc Xankəndiyə getmək istəmədiyini və mayadək səksəkə içində yaşayacağını deyib. Bundan başqa erməni gənclər arasında müharibə başlaya biləcəyi ilə bağlı narahatlığın da olduğu bildirilir. Erməni mətbuatı məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mövqeyini öyrənib.

Qurumun mətbuat xidmətinin rəhbəri Artsrun Ovanesyan ehtiyata buraxılan hərbçilərin hərbi biletlərinin alınmasının təəccüblü bir şey olmadığını söyləyib. Jurnalistin "Ermənistanda hərbi xidmət keçmiş şəxs Qarabağa niyə aparılmalıdır" sualına isə Ovannisyanın cavabı qəribə olub. İndiyədək qondarma Dağlıq Qarabağ rejiminin öz "ordusu"nun olduğunu deyən mətbuat xidmətinin rəhbəri Ermənistanda hərbi xidmət keçən əsgərlərin Qarabağda təlimə cəlb edilməsinin normal olduğunu deyib. Ovanisyan erməni gənclərin hərbi biletinin yığılmasının da təlimlə bağlı olduğunu deyib.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.