Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Ermənistanın Tavuş vilayəti istiqamətində Ermənistan ordusunun hərbçisi yaralanıb.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, insident dünən - aprelin 28-də baş verib. Nəticədə Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Spartak Qulinyan yaralanıb.
Erməni mətbuatı yazır ki, erməni hərbçisi Azərbaycan snayperinin açdığı atəş nəticəsində yaralanıb.
Virtualaz.org