Rusiyanı çökdürmək ABŞ-ın bir nömrəli planıdır

30-04-2015, 08:21   
Rusiyanı çökdürmək ABŞ-ın bir nömrəli planıdır

Kremlə dəstək olan dövlətləri də yaxşı aqibət gözləmir

Vəfa Quluzadə: «Budəfəki seçkidə namizədlərin hər biri Rusiyaya qarşı sərt siyasətin tərəfdarı olacaq»

Qlobal Təhlükəsizlik Institutu nəzdində energetika mərkəzinin rəhbəri Ariel Koenin ABŞ-ın nüfuzlu “Newsweek” jurnalında dərc olunan məqaləsində maraqlı detallar əksini tapıb. Rusiya-ABŞ münasibətləri fonunda Amerikada keçiriləcək prezident seçkilərini şərh edən Koen maraqlı fikirlər söyləyib. Məqalədə vurğulanır ki, amerikaların əksəriyyəti Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini istəyir.
Koenə görə, belə rəyə keçirilən sorğuların nəticələrini şərh edərkən gəlmək olar. Məqalədə daha sonra vurğulanır ki, Senator Ronald Poldan başqa prezidentliyə aparıcı namizədlərin hamısı Moskvaya münasibətdə sərt mövqe tutaraq, Ukraynaya silah verilməsi mövqeyindən çıxış edir. Koen yazır: “Məsələn, Demokratlar Partiyasından namizədliyi ehtimal olunan Hillari Klintonu götürək. O, ən azı Moskvanın istəklisi deyil. Rusiya mediası onu böyük günahlarda ittiham edir. Putin 2014-cü ildə Fransa KIV-inə müsahibəsində onu tənqid edib. Hələ 2009-cu ildə Klinton Obamaya məsələhət görürdü ki, Putinlə münasibətləri dərinləşdirməsin və ”yenidən yüklənmə" siyasətinə fasilə versin. O zaman Klinton bildirir di ki, Putinə çox da etibar etmək olmaz. Rusiya prezidentinin başa düşdüyü yeganə şey qüvvə və qətiyyətdir. Klinton hesab edirdi ki, Putin sovet imperiyasını dirçəldir".
Koenini yazdıqlarına görə, Rusiyanın Respublikaçı prezidentlə də münasibətləri yaxşı olmayacaq. Qubernator Ceb Buş seçkilərə qatılacağını hələlik bildirməyib. Amma tez-tez Amerikanın xarici siyasətindəki “passivlik” və “sadəlövhlük” Ceb Buş tərəfindən sərt tənqid olunur.
Məqalədə vurğulanır ki, ümumi sırada fərqlənən yeganə sima senator Rend Poldur. Koen onunla bağlı yazır: “Forbes” icmalçılarından biri qeyd edir ki, senator Pol Ukraynaya nisbətdə baxışlarını dəfələrlə dəyişdirib və onun hazırkı çıxışları əvvəlkilərdən fərqlənir. Beləliklə əgər Rend Pol prezident olmayacaqsa o zaman Rusiya vahid demokrat-respublikaçı cəbhəsi ilə üz-üzə qalacaq".
Seçki kampaniyası öncəsi vəziyyəti şərh edən ekspert kampaniyada Rusiya, Ukrayna məsələlərinə ağırlıq qoyulacağını vurğulayıb. Yəni Amerika seçiciləri bu istiqamətlərdə qətiyyətli addım ata biləcək namizədə səsverməyə meyllidirlər.
Ona da qeyd edək ki, bir sıra ekspertlərin fikrincə, ABŞ-ın Rusiyaya qarşı sərtləşən siyasəti postsovet məkanında Rusiyanı dəstəkləyən dövlətlərdən də yan keçməyəcək. Qərbin Rusiyaya sanksiyalar tətbiq etdiyi bir zamanda Azərbaycan kimi dövlətlərin bu koalisiyadan kənar qalması və əksinə Rusiyanın yanında yer alması sükutla qarşılanmayacaq.
Bəs, bu baxımdan Rusiya-ABŞ münasibətlərini nə gözləyir? Seçkidən sonra bu istiqamətdə hansı dəyişikliklər baş verə bilər?

Politoloq Vəfa Quluzadə bildirdi ki, həqiqətən də ABŞ-dakı seçkidə gündəmdə olan məsələlərdən biri Rusiya ilə münasibətlərin necə olacağı ilə bağlı olacaq. SSRI-nin mövcuddiyyəti zamanı da Kreml ilə münasibətlərin necə olacağının seçki kampaniyasında müzakirə olunduğunu deyən V.Quluzadə vurğuladı ki, SSRI-nin süqutundan sonra bu siyasət aktuallığını itirdi: “Amma Rusiyanın hazırda yürütdüyü siyasət ABŞ-ı baş verənlərə müdaxilə etməyə vadar edir. Ona görə bu mövzu seçkilərin gündəmindən kənarda qala bilməz. Düşünürəm ki, budəfəki seçkidə namizədlərin hər biri Rusiyaya qarşı sərt siyasətin tərəfdarı olacaq. Çünki Rusiyanın addımları Amerikanın milli maraqlarına toxunur. Rusiya addımlarında ABŞ-la hesablaşmaq istəmir. Seçkidən sonra qalib gələn namizədin Rusiyaya yönəlik siyasətinin necə olacağı əhəmiyyət daşımır. Amma seçki zamanı namizədlərin hər biri Rusiyaya qarşı sərt siyasətin aparılmasının tərəfdarı olacaq”.
V.Quluzadə bildirdi ki, ABŞ-da seçki kampaniyası zamanı təslimçi mövqeydən çıxış edən namizəd seçkiləri uduzacaq. “Amma qətiyyətlə demək olar ki, ABŞ-ın Rusiyaya qarşı siyasəti sərtləşəcək. Obama siyasətinin əsas tənqid nöqtəsi onun yumşaq siyasət yürütməsindədir, Obama ABŞ-ın avtoritetini aşağı salmaqda ittiham olunur. Ona görə yeni seçilən prezident və onun komandası daha qətiyyətli siyasət keçirəcəkdir”, deyə V.Quluzadə vurğuladı.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.