“NATO Rusiyaya qorxu yolu ilə öz məqsədlərinə nail olmasına imkan verməyəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO baş katibinin müavini Aleksandr Verşbou çıxış edib.
Onun sözlərinə görə, Rusiyanın nüvə silahı ilə bağlı açıqlamaları sadəcə siyasi ritorikadır:
“Rusiya başa düşür ki, NATO Moskvanın təsvir etdiyindən daha güclü hərbi qüvvəyə malikdir. Ona görə də nüvə silahı siyasəti daha çox qorxutmaq strategiyası daşıyır. Soyuq müharibə dövründə biz sovet liderlərindən də belə mənasız təhdidlər eşitmişdik”.