Rusiya ordusundan Azərbaycana növbəti təhdid...

14-05-2014, 17:15   
Rusiya ordusundan Azərbaycana növbəti təhdid...
“Rusiyanın Azərbaycan siyasətinin ümumi konteksti ilə müqayisədə onun Şimali Qafqazdakı ordularındakı texnikasının sayını artırmasını yaxşı hal kimi dəyərləndirmək olmaz”. Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

O, Rusiyanın Şimali Qafqazda texnikasının sayının artırılmasının Azərbaycana qarşı təhdid xarakteri daşıyacağını bildirib: “İstənilən halda qonşu dövlət tərəfindən sərhəd yaxınlığında ordu hissələrinin, hərbi texnikanın sayı artırılırsa, bunu təhlükə kimi qəbul etmək olar. Qonşu dövlətlər belə şeyləri nəzərə almalıdır. Bunun təhdid olub-olmadığına hələlik qəti qərar vermək çətindir. Hər halda Rusiyanın Azərbaycan siyasətinin ümumi konteksti ilə müqayisədə bunu yaxşı hal kimi dəyərləndirmək olmaz. Təbii olaraq dövlətlərə yaxın ərazidə texnika yerləşdirmək həmin dövlətlərə təhdid xarakteri daşıyır. Düzdür, ola bilər ki, Rusiya Şimali Qafqazda baş verə biləcək teraktlardan ehtiyatlanıb burada texnikanı artırıb. Amma onu da nəzərə almaq lazımdır ki, daxili problemlər üçün ordu istifadə olunmur”.

Politoloq Azərbaycanda artıq bəzi qəzetlərə Rusiya əleyhinə yazmağın qadağan olunduğunu qeyd edib: “Beşinci kolon artıq aktivləşib. Bu, heç kəsə sirr deyil. Bizə daxil olan məlumatlara əsasən, müəyyən qrupun tabeliyində olan qəzetlərə hətta Rusiyaya qarşı yazmaq qadağan olunub. İstər Rusiya, istərsə də hər hansı başqası digər dövlətin ərazisinə heç vaxt birbaşa müdaxilə etmir. Əsas daxili faktorlar işə salınır. Bu isə “beşinci kolon” deməkdir. Əgər söhbət bizə təzyiqdən gedirsə, bu, yaxın vaxtlarda beşinci kolonun davranışında özünü biruzə verəcək”.

Qeyd edək ki, Rusiya bu gün Şimali Qafqazda yerləşən Xəzər Dəniz Donanması, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının sayının artırılması haqqında qərar qəbul edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.