Türkiyənin Soma əyalətində kömür şaxtasında baş verən faciəyə görə ölkənin dörd bir yanından reaksiyalar artmağa başlayıb. Bir çox şəhərlərdə etiraz aksiyaları başlayıb. İstanbul metrosu günün ən təəccüblü aksiyalarından birini reallaşdırıb. İctimai media vasitəsilə təşkilatlanan etirazçılar metro stansiyasında ölümlərə və laqeydliyə etirazlarını bildiriblər.