Sanksiya çağırışları məmurları təşvişə salıb

7-05-2015, 08:59   
Sanksiya çağırışları məmurları təşvişə salıbOnlar xaricdəki pullarını çıxarmağa başlayıb

Azərbaycan məmurları xarici banklardakı pullarını çıxarmağa başlayıb. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib. Qaynağımız iddia edir ki, hətta bəzi məmurlar xaricdəki bizneslərini də dondurublar. Mənbənin sözlərinə görə, məmurlar sanksiyalardan ehtiyat edərək bu addımı atırlar:
“Son vaxtlar Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq olunması gündəmə gətirilir. ABŞ qanunvericiləri Maqnitski aktının genişləndirilməsi üzərində işləyir. Məqsəd isə aktın təkcə Rusiyaya deyil, başqa ölkələrə də şamil edilməsidir. Bu ölkələr sırasında Azərbaycanın adı da var. Azərbaycan hakimiyyəti də bundan məlumatlıdır. Əslində son vaxtlar ABŞ-a qarşı şiddətli kampaniya aparılmasının kökündə də bu məsələ dayanır. Təsadüfi deyil ki, ABŞ Helsinki Komissiyasının sədri Kristofer Smit də açıqlamalarında Qlobal Maqnitski Aktı qəbul olunduqdan sonra bunun adı korrupsiyada və insan haqlarını pozmaqda hallanan Azərbaycan məmurlarına da şamil oluna biləcəyini deyib. Maqnistki aktında viza qadağaları ilə yanaşı maliyyə sanksiyaları nəzərdə tutulur”.
Məlumat üçün deyək ki, Qlobal Maqnitski Aktının həmmüəllifi, konqresmen Cim Makqovern bildirib ki, ABŞ və digər ölkələr insan haqlarını öz xarici siyasətlərinin mərkəzi hissəsi hesab edirlər. “Insan hüquqlarını pozanlar nəzərə almalıdırlar ki, onların hərəkəti diqqətdən kənarda qalmayacaq”, - deyə o əlavə edib.
“Azərbaycanlı məmurlar da Qlobal Maqnitski qanununun təsirinə düşə bilərmi?” sualının cavabında Makqovern deyib ki, qanun bütün dünyada insan hüquqlarını pozanlara, korrupsioner məmurlara yönələcək, onlar məsuliyyətə cəlb olunacaqlar.
Freedom House təşkilatının vitse-prezidenti Daniel Kalinqaert Konqresin Xarici Məsələlər Komitəsinə müraciət edərək Maqnitski Aktının genişləndirilməsinə çağırıb. “Dünyada Sergey Maqnitski kimi ədalət və azadlıq haqqında danışmağa cəsarət etdiyinə görə təzyiqlərin qurbanı olan adamlar çoxdur” deyən Kalinqaert belə şəxslərin sırasında Rəsul Cəfərovun və Xədicə Ismayılovanın adlarını çəkib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.