Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti və ölkənin xəfiyyə strukturları rus hərbi qoşunlarının Ukrayna sərhədləri boyunca dislokasiyasına dair təhlilli foto-fakt təqdim edib. Tvitter səhifəsində yerləşdirilən şəkildə müəyyən müqayisələr aparılıb. Məsələn, Belqorodda rus helikopterlərinin martın 22-i və mayın 9-da yerləşdirilməsi sxemi verilib. Şəkildən də aydın görünür ki, hərbi bazada martın 22-də bir ədəd belə helikopter olmayıb. Təqdim olunan yeni faktda digər hərbi arsenalların - topun, tankın və digər bu tip döyüş maşınlarının müqayisəli təsvirləri verilib. Xatırladaq ki, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin rus qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsi barədə göstəriş verdiyini demişdi. Lakin çox keçmədi ki, bu bəyanat reallqda özünü əks etdirmədi. Rusiyanın aqressiv siyasətini tənqid edən NATO və digər qurumların araşdırmaları zamanı rus qoşunlarının hələ də döyüş hazırlığında sərhəddə əmr gözlədikləri aşkar edildi.