Mədəniyyət və Turizm Nazirliyində tenderləri yalnız iki şirkət «udur»
“Bakı Şəhər Mədəniyyət və Turizm Idarəsidə baş verən özbaşınalıqlar barəsində şikayətlər dərc olunur. Amma çox təəssüf ki, nə Hacıbala Abutalıbov, nə də Əbülfəs Qarayev minlərlə mədəniyyət işçilərinin narazılıqlarına və haqlı şikayətlərinə reaksiya vermirlər. Buna görə də neqativ hallar günü-gündən artır. Bu isə mədəniyyət işçilərinin bu sahənin rəhbərlərindən narazılığını şiddətləndirir”.
Bu sözləri Strateq.az-a sözügedən idarənin əməkdaşları deyiblər.
Onların sözlərinə görə, Bakı Şəhər Mədəniyyət və Turizm Idarəsinin rəisi Əlikram Əliyev şübhəli tenderlər vasitəsilə dövlət büdcəsindən Idarəyə ayrılan küllü miqdarda vəsaiti təyinatından yayındırır.
Iddialara görə, Idarənin 1 və 2 saylı Maliyyə və Iqtisad Regional bölmələri tərəfindən uzun illərdir direktorlara məcburi maliyyə sənədləri imzalatdırılır. Imzalanan sənədlərdə dəyəri yüz min manatlarla olan inventar və avadanlıqların, xidmətlərin heç 1 faizi direktorlara verilmir.
Təkcə 2015-ci ilin may ayınadək keçirilən tenderlərdə həmin bu yalançı MMC-lər vasitəsilə görülən işlərə və alınan mallara baxdıqda bu aydın görünür:
1. Kommunal və kommunikasiya işlərinin satın alınması - 34 min 341 manat (qalib - “Tac-2014" MMC)
2. Kommunal və kommunikasiya işlərinin satın alınması - 120 min 511 manat (qalib - “Tac-2014" MMC)
3. Cari təmir işlərinin satın alınması - 44 min 318 manat (qalib - “Tac-2014" MMC)
4. Cari təmir işlərinin satın alınması - 236 min 627 manat (qalib - “Tac-2014" MMC)
5. Idarənin digər xərcləri üzrə satınalmalar - 47 min 310 manat (qalib - SRS-Company MMC)
6. Mətbəə xərcləri üzrə satınalmalar - 19 min 294 manat (qalib - SRS-Company MMC)
7. Avadanlıqların satınalınması - 11min 060 manat (qalib - SRS-Company MMC)
8. Sair xərclər üzrə satınalmalar - 9 min 324 manat (qalib - SRS-Company MMC)
9. Digər maşın və avadanlıqların satınalınması - 173 min 863 manat (qalib - SRS-Company MMC)
10. Dəftərxana və təsərrüfat mallarının satın alınması - 94 min 551 manat (qalib - SRS-Company MMC)
11. Idarənin digər xərcləri üzrə satınalmalar - 52 min 448 nanat (qalib - SRS-Company MMC)
12. Bərk inventarların satın alınması - 233 min 007 manat (qalib - SRS-Company MMC)
13. Yumşaq inventarların satın alınması - 78 min 001 manat (qalib - SRS-Company MMC)
14. Mətbəə xərcləri üzrə satınalmalar - 20 min 805 manat (qalib - SRS-Company MMC)
15. Digər alış və xidmətlərin satın alınması - 83 min 204 manat (qalib - SRS-Company MMC)
16. Sair xərclər üzrə satınalmalar - 103 min 627 manat (qalib - SRS-Company MMC)
17. Digər alış və xidmətlərin satın alınması - 298 min 658 manat (qalib - SRS-Company MMC)
18. Digər maşın və avadanlıqların satın alınması - 173 min 883 manat (qalib - SRS-Company MMC)
19. Dəftərxana və təsərrüfat mallarının satın alınması - 90.209 manat (qalib - SRS-Company MMC)
20. Yumşaq inventarların satın alınması - 74 min 335 manat (qalib - SRS-Company MMC)
21. Inventarların satın alınması - 159 min 034 manat (qalib - SRS-Company MMC)
22. Avadanlıqların satın alınması - 107 min 569 manat (qalib - SRS-Company MMC)
Göründüyü kimi, sadalanan tenderlərin qalibləri şübhəli şəkildə yalnız iki MMC olub.
Bu MMC-lərdən biri - “Tac-2014" MMC 2014-cü ilin sentyabr ayının 8-də Cavid Adıgözəl oğlu Əliyevin adına dövlət qeydiyyatından keçib. Qanuna əsasən isə yeni aradılan MMC 5 il fəaliyyət göstərdikdən sonra tenderdə iştirak edə bilər. Amma qeyd olunan bu MMC təsis olunduqdan bir neçə ay sonra idarənin elan etdiyi tenderlərdə iştirak edərək toplam 435 min 797 manat həcmində maliyyə əməliyyatları edib.
Digər MMC - SRS-Company MMC-yə gəldikdə isə, bu müəssisədə 2014-cü ilin sentyabr ayının 12-də Ilqar Mirzə oğlu Məmmədovun adına dövlət qeydiyyatından keçib. Bu MMC isə idarənin elan etdiyi tenderlərdə şübhəli qalib olaraq, toplam 1 milyon 830 min 182 manat həcmində maliyyə əməliyyatlarında iştirak edib.
Sadalalan faktlar 2015-ci ilin ilk 3-4 ayı ərzində ayrılan vəsaitlərdir.
Əlikram Əliyev isə 2008-ci ildən Idarənin rəisidir. Bu isə milyonlarla vəsaitin qaranlıq taleyinin araşdırılmasını gündəmə gətirir.
Məlumatda o da bildirilir ki, 1 aya yaxın Hesablama Palatası tərəfindən Idarədə yoxlamalar aparılır. Idarənin rəisi bu yoxlamadan ciddi narahat olmağa başlayıb. Onun hətta mayın 4-də iclas çağırıb, yoxlama və onun gözlənilən nəticələrindən narahatlıq keçirməsini büruzə verdiyi də iddia olunur.