Bəşər Əsədə qarşı şok iddia

14-05-2014, 19:07   
Bəşər Əsədə qarşı şok iddia
Suriyada aprel ayında dinc insanlara qarşı edilən kimyəvi hücumun arxasında Suriya hökuməti durur. ANS TV-nin məlumatına görə, BMT İnsan Haqları Müşahidəçiləri bu barədə açıqlama verib. Məlumata görə, ekspertlər kimyəvi hücum bölgəsindən əldə olunan fotoşəkillər üzərində təhlil aparıldıqdan sonra belə bir qərara gəliblər.

Ekspertlərin sözlərinə görə, “xlorin” tərkibli barel bombaları hava qüvvələri tərəfindən atılır. Döyüşlərdə hava hakimiyyəti isə, təkcə Suriyaya məxsus olduğu üçün kimyəvi barellərdən istifadə edənlər də məhz hökumət qüvvələridir.

Xatırladaq ki, Kfar Zeytə şəhərində edilən hücum zamanı 11 nəfər ölmüş, 500-ə yaxın insan xəsarət almışdı. Suriya hökuməti Amerika Birləşmiş Ştatları və Rusiyanın da iştirakı ilə əldə etdiyi müqaviləyə əsasən, kimyəvi silahları təhvil verməyə razılaşmışdı. İndiyə qədər silahların 92 faizi təhvil verilib. Lakin Suriyanın kimvəyi silah siyahısında “xlorin” tərkibli barellərin adı çəkilmir. Hazırda Danimarkalı hərbiçilər silahların məhv edilməsi prosesini davam etdirirlər. Hərbiçilərin bu missiyası 14 gün əvvəl başa çatmalı olsa da, proses hələ ki, tam başa çatmayıb.
[media=http://www.youtube.com/watch?v=FTFpFLlVqe0]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.