Bir neçə gün öncə Goranboyun Kəpənəkçi kəndində baş verən hadisəylə bağlı tərəflərin qarşılıqlı ittihamı səngimək bilmir.
Xatırladaq ki, mətbuat 2013-cü il oktyabrın 30-da Goranboy rayon Kəpənəkçi kəndində yaşayan 1991-ci il təvəllüdlü Mikayıl Ağayevin (ad, soyad şərtidir) yetkinlik yaşına çatmayan həyat yoldaşıyla öz razılığı ilə həmin kənddə onunla təbii yolla cinsi əlaqədə olmasıyla bağlı xəbər yaymışdı. Xəbərdə qeyd olunurdu ki, sonradan M.Ağayev həyat yoldaşı 1999-cu il təvəllüdlü Aynur Quliyeva (ad, soyad şərtidir) ilə onun yaşadığı Buzovna qəsəbəsindəki evdə bir neçə dəfə cinsi əlaqədə olub.
Oğlan atasının ittihamlarının ardınca A.Quliyeva və anası da məsələlərə münasibət bildirib. Qeyd edək ki, qarşı tərəf A.Quliyevanın dünyaya gətirdiyi uşağın başqa şəxsdən olduğunu iddia edib.
Ölkə.Az məsələylə bağlı əvvəlcə A.Quliyevanın fikirlərini öyrəniv.
- Aynur xanım, qaynatanız deyir ki, dünyaya gətirdiyiniz uşaq başqa şəxsdəndir. Ümumiyyətlə, həyat yoldaşınızdan əvvəl və sonra münasibət qurduğunuz kimsə olub?
-Xeyr, heç kim olmayıb.
- Bəs belə təklif olubmu?
- Qətiyyən.
- Bildirmişdiniz ki, yoldaşınız tez-tez fermalarına gedir, evə gec gəlir...
- Yatağa gedirdi, nə edirdilərsə, evə ayda-ildə bir dəfə gəlirdi.
- Yəni ailəsi bunu qəsdən edirdi?
- Dəqiq deyə bilmərəm.
- Mən də soruşuram ki, onun fermada olduğu müddətdən evə kimsə gəlib gedirdi?
- O həyətə heç kim girmirdi, məni də darvazadan çölə qoyumurdular.
A.Quliyevanın anası Zərifə Quliyeva (ad şərtidir- İ.V.) isə düşünür ki, onun qızını digər xalasının acığına qaçırıblar.
- Qızımın o evə getməyindən nə mənim, nə də mənim yoldaşımın xəbəri olmayıb. Vaxt gələcək onlarla rastlaşacağıq. İndi üz-üzə gəlmək istəmirlər. Ön dörd yaşımda qızımı aparıb bədbəxt elədilər. Onlar heyvanlarına görə gedib yataqda qalırlar, evdə qalmağa adamları yox idi. İki xəstələri var.
- Axı qızınız ora gedəndə evə, ailəyə baxacaq yaşda deyildi.
- Keçmiş kürəkənim mənim dayım oğludur. İndiyə kimi onların evinin harda olduğunu bilmirdim. Bu nə mərdiməzarlıq idi, bilmirəm. Oğlu qızımla evlənəndən sonra onlar dörd ay burada yaşayıblar. Qardaşı zəng vurub apardı.
- Hazırda qızınızın psixoloji durumu nə yerdədir?
- Qızın 16 yaşı aprelin 26-da tamamlandı, uşağı da dörd ayına keçib. O yaşda adam uşaq saxlayar? Allaha and olsun ki, uşağı qızımın yanında qoyub heç yerə çıxa bilmirəm.
- Niyə?
- Qorxuram ki, əsəbindən uşağı vurub öldürər.
- Uşağın sağlamlığı necədir?
- İndiyə kimi heç bir problemi olmayıb, ad da qoymuşuq- Aysel.
- Atası uşağı görüb?
- Heç bəlkə də valideynləri ona deməyiblər ki, uşağı var.
- Bilmirdi ki yoldaşı hamilədir?
- Bilirdi. Amma ona nə elədisə, qardaşı elədi. Böyük qardaşı zəng vurub kürəkənimi çağırtdırdı.
- Ola bilərmi qayınının qızınıza qarşı gizli istəyi olub?
- Yox, elə bir şeyə inanmıram. Amma qızımın yoldaşıyla söz-söhbəti olub. Dəqiq məlumatım yoxdur. Çünki elə də çox gedib gəlmirdim.
- Bəlkə qızınızı döyürmüş...
- Hə, rayonda olanda döyürmüş.
- Amma qızınız bizə demişdi ki, döyülməyib.
- Ailədə elə şeylər olur və buna heç kim qarışa bilməz. Kişi arvadı döyə də bilər, söyə də, əzizləyə də.
- İstərdiniz ki, barışsınlar?
- Xeyr, istəmriəm.
- Səbəb?
- Çünki onlar mənim 14 yaşında qızımı apardılar, sonra da dalınca hər söz danışdılar. Deyirlər ki, uşaq başqa adamdandır. Gəlsinlər DNT analizi verək.
- Bu barədə qızınızla söhbətiniz olub?
- Əlbəttə, mən də, qardaşlarım da soruşmuşuq. Polis İdarəsində də danışdırıblar. Qız deyir ki, heç vaxt belə bir şey ola bilməz.
- Qızınız yenidən ailə qurmaq istəsə, fikriniz nə olacaq?
- Əvvəla o ailəsindən tam ayrılmayıb, həm də uşağını böyütsün. Ondan sonrası öz qərarıdır. Bu adam mənim yanımdadırsa, deməli, mənə tabedir.
- Baş verənlərdə özünüzü günahkar bilirsiniz?
- Özümü yox, anamla qardaşımı günahkar bilirəm. Anam dedi ki, qardaşımın imkanı var, onun gəlini olsun. Amma bilmədi ki qardaşıgil pis adamlardır.
- Sizin özünüzün də cəmi 33 yaşınız var və artıq qaynanasınız. Deməli, tez ailə qurmaq sizdə nəsillikcədir?
- Bu qismət məsələsidir. özünüz də tez ailə qurmusnuz
-Qismət. Keçmiş kürəkəniniz necə insandır?
- Yaxşı insandır. O üç ay bizim evdə qalıb, abırlı-həyalı uşaqdır.
- Bəs bu gərginlik nə vaxtdan yarandı?
- Böyük qardaşıyla danışandan sonra.
- Amma məncə məsələnin altında başqa məqamlar var, sadəcə demək istəmirsiniz.
- Xırdalıqlara getmək istəmirəm. Onların ailədaxili problemləri var idi. Bu oğlana o biri xalamın qızını istəmişdilər. Amma xalamgil dedilər ki, buna yox, böyük qardaşına razı olaraq. Onlar da acığa düşüb mənim qızı qaçırdılar. Mənim uşağım prinsipin qurbanı oldu. Səbəb də o idi ki, kürəkənimin böyük qardaşı təhsillidir, ona görə xalamgil qızlarını məhz ona vemrək istəyirdilər.