Körpənin xilası üçün anadan 2500 manat rüşvət istədilər

14-05-2014, 19:13   
Körpənin xilası üçün anadan 2500 manat rüşvət istədilər
Anadangəlmə ürək qüsurundan əziyyət çəkən 4 aylıq Əli Şirvaninin anası övladının xəstəliyi qarşısında aciz qalıb.

Aciz ana ANS-ə müraciət edib.

Hər yerdən əli üzülən gənc ana Aytəkin Şirvani evinin sonbeşiyi olan Əlinin təcili əməliyyata ehtiyacı olduğunu deyir. Onun sözlərinə görə, əgər uşaq əməliyyat olunmazsa bir də qucağına ala bilməyəcək. O, oğlunda xəstəliyin təxminən 2 ay öncə aşkarlandığını bildirib. A.Şirvani vaxt qısaldıqca Əlinin yaşama şansının da azaldığını söyləyir.

Qadının qucağındakı körpəsi ilə döymədiyi qapı qalmayıb. O, deyir ki, hara gedirsə əməliyyat üçün böyük məbləğdə vəsait istəyirlər. “Bu da mənim imkanım daxilində deyil. 2500 manat istədilər. Mənim maddi vəziyyətim çox pisdir. Birinci günə qədər əməliyyat olunmalıdır”.

ANS də Əlinin həyatda qalması üçün onu əməliyyat edə biləcək ilk qapıya, daha dəqiq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə üz tutub. Xəstəxanada qəbul edərək əvvəlcə Əlini müayinə etdilər. Daha sonra onun heç bir təmənnasız əməliyyat olunacağına qərar verildi. Balaca Əlinin gələn həftə cərrahiyyə masasına qaldırılması planlaşdırılır.
[media=http://www.youtube.com/watch?v=PaCVuNyBbM0]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.