Keçmiş prezidentə ömürlük həbs cəzası

14-05-2014, 19:20   
Keçmiş prezidentə ömürlük həbs cəzası
Tunisin keçmiş prezidenti Bin Əli ömürlük həbs cəzası verilib

Tunis Hərbi məhkəməsi keçmiş prezident Zeynəlabdin Bin Əlini ikinci dəfə ömürlük həbs cəzasına layiq görüb. Safakis məhkəməsindən bildirilib ki, keçmiş dövlət başçısı xalq etirazları zamanı dinc insanlara qarşı atəş açmaq barədə göstəriş verib və nəticədə 70-dən artıq dinc insan qətlə yetirilib. Bin Əli ilə yanaşı, qətliamda iştirak edən polis və xüsusi xidmət orqanlarının əməkdaşları da cəzalanıb.

Müvafiq olaraq 10-15 il həbs cəzası kəsilən məhkumlara 3 mindən 50 min dollara qədər pul cəriməsi də kəsilib.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanında mühacir həyatı yaşayan Bin Əli ilk dəfə də ömürlük həbs cəzasına iğtişaşlara zəmin yaratdığına görə layiq görülmüşdü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.