PA rəhbəri Avropa Oyunları ərəfəsində «qanqaraldıcı xəbərlər» yaymamağı tapşırıb
Prezidenit Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müalicədən dönəndən sonra işə çıxdığı ilk günlərdə iqtidayryönlü medianın rəhbərlərilə toplantı keçirib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Ramiz Mehdiyev toplantıda hökumətyönlü mediaya bəzi qadağalar tətbiq edib. Bildirilir ki, PA rəhbəri redaktorlardan Avropa Oyunları ərəfəsində kriminal, sosial problemlərlə bağlı xəbərlər yaymamağı tapşırıb.
Bu toplantıdan sonra xəbər siyasətini əsasən kriminal xəbərlər üzərində quran hökumətyönlü mediada bu tip məlumatlara rast gəlinmir. Hətta DIN və Baş Prokurorluğun mətbuat xidmətləri belə kriminal olaylar barədə məlumatları xəsisliklə verirlər. Mənbə iddia edir ki, bu yolla hökumət Avropa Oyunları ərəfəsində Azərbaycanın ən sabit və firavan ölkə olması barədə rəy yaratmağa çalışır.