Bir çox KİV-lər heç bir mənbəyə istinad etmədən oliqarx Hacı İbrahim Nehrəmlinin həbsdən azad olunması barədə xəbərlər yayıb.
Lakin oliqarxların işi üzrə vəkillərdən virtualaz.org saytına daxil olan məlumata görə, bu xəbər düzgün deyil.
“Ən çox borcu olan şəxs Hacı İbrahimdir. Mənim müdafiə etdiyim şəxsin borcu Hacı İbrahimin borcundan azı 10 dəfə azdır, amma onu hələ buraxmayıblar. Əksinə, axtarış da aparıblar. Bu halda Hacı İbrahimi necə azad edə bilərlər? Ən azı saat 23:00-a qədər Hacı İbrahim hələ orada idi. Belə hadisələrdən sonra o təcridxanadan heç kimi buraxmırlar” - deyə vəkil bildirib.
Virtualaz.org