AAAF-ın prezidentinin adı maxinasiyada: — Ötən ilki cinayət işi yenidən gündəmdə

14-05-2015, 23:01   
AAAF-ın prezidentinin adı maxinasiyada: — Ötən ilki cinayət işi yenidən gündəmdə

Tofiq Heydərov Cahangir Hacıyevlə şərikliyi ortaya çıxıb, Vergilər Nazirliyi isə ötən il qaldırdığı cinayət işini yenidən gündəmə gətirir
rrSon günlər ölkənin gündəmini dəyişən hadisələrdən biri də DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatlardır. Həmin əməliyyatların mahiyyəti isə Beynəlxalq Bankdan külli miqdarda kredit götürmüş, lakin qaytarmamış iri biznes sahiblərinin cinayət məsuliyyətinə cəlb edilməsidir.
Qeyd edək ki, həmin əməliyyatlar zamanı 70-dən artıq iş adamının saxlanıldığı vurğulanır. Onların bank və dövlətə vurduğu zərərin məbləği isə milyardlarla manat hesab edilir. Və həbs olunanlar arasında kifayət qədər ciddi şirkət rəhbərlərinin də adı var. Üstəlik, əməliyyatın davam etdiyinə dair bilgilər mövcuddur.
Məlumata görə, bu prosesdə daha bir neçə iri iş adamının da adı hallanmağa başlayıb. Belə ki, Xırdalanda böyük tikinti işləri ilə məşğul olan AAAF şirkətinin prezidenti Tofiq Heydərovun da qalmaqala adı qarışıb. Məlumatlarda iddia edilir ki, Heydərovun adının prosesə qarışmasının səbəbi onun Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevlə ortaq olması göstərilir.
Qeyd edilir ki, bir neçə gün əvvəl Beynəlxalq Bank tərəfindən kreditləşməsi dayandırılan AAAF-ın mənzil satışından sonra ortaya çıxan məlumatlar artıq Tofiq Heydərovu da qorxuya salıb. Çünki şirkət rəhbəri də Beynəlxalq Bankdan külli miqdarda kredit alan tərəf olmaqla yanaşı, bu pulları vaxtında qaytarmayan müştəri qismində nəzarət altına götürülüb.
AAAF-ın Cahangir Hacıyevin olmasına dair də iddialar var. Qeyd edilir ki, Tofiq Heydərovun inşa etdirdiyi binaların hamısı məhz sabiq bank şefinin Xırdalandakı torpaq sahələrində həyata keçirilib. Bundan başqa, Cahangir Hacıyevin rəhbəri olduğu bankdan razılaşdırılmış şəkildə aldıqları kreditlərlə mənzil satışını həyata keçiriblər.
Bu əsnada başqa bir məlumat da yayılıb. Həmin məlumatda vurğulanır ki, AAAF-ın prezidenti Tofiq Heydərovla bağlı Vergilər Nazirliyi də araşdırmalara başlayıb. İddialara görə, nazirlik ötən il şirkətdə yoxlama apararkən ciddi vergidən yayınma halları aşkarlayıb. Hətta o da vurğulanır ki, araşdırma zamanı bu yayınmaların məbləği bir neçə milyon manat göstərilib. Eyni zamanda, bununla bağlı nazirlikdə cinayət işinin də açıldığı vurğulanır. Ki, müəyyən səbəblərdən həmin cinayət işi üzrə araşdırmalar dayandırılıbmış. Lakin dünəndən etibarən prosesə yenidən start verildiyi deyilir.(Jam.az)
Yazıda adları keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.