“Cahangir Hacıyev işi” Etibar Pirverdiyevi bitirə bilər

15-05-2015, 09:30   
“Cahangir Hacıyev işi” Etibar Pirverdiyevi bitirə bilər
«Azərenerji» ilə Beynəlxalq Bank arasında 104 milyonluq kredit qalmaqalı



“Cahangir Hacıyev işi”ndə “Azərenerji”nin prezideti Etibar Pirverdiyev üçün də təhlükə yaranıb. Iki il öncə Beynəlxalq Bankla “Azərenerji” arasında cəmi 104 milyon manatlıq iki iddia üzrə məhkəmə çəkişməsi başlayıb. Bu fakt “Anonimous” hakerlər qrupunun “Azərenerji”nin kompüterlərindən ələ keçirdiyi sənədlərdən məlum olub.
“Unikal” qəzeti yazır ki, iki subyekt arasında məhkəmə çəkişməsi hazırda davam edir. Birinci iddia Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə qaldırılıb. Bu iddia üzrə cavabdeh tərəf “Sumqayıt REŞ” MMC və “Azərenerji” ASC-dir. Işə Sumqayıt Inzibati Iqtisad Məhkəməsi baxıb.
Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb.
Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib. Amma aradan iki il keçdikdən sonra hələ də “Azərenerji” ASC-nin bu vəsaiti Beynəlxalq Banka qaytarıb-qaytarmadığı bəlli deyil. Əgər adıçəkilən səhmdar cəmiyyətin həmin kredit borcunu geri ödəmədiyi məlum olarsa, bunun onsuz da karyera baxımından yaxşı günlərini yaşamayan Etibar Pirverdiyev üçün yeni başağrısına çevriləcəyi ehtimalı böyükdür.
Bu yaxınlarda Pirverdiyev önəmli səlahiyyətlərini itirib. Yeni yaradılan “Azərişıq” bundan sonra “Azərenerji”nin də bir çox əsas missiyalarını həyata keçirəcək. Bundan başqa, Etibar Pirverdiyevin biznesinin də ciddi böhran içərisində olduğuna dair məlumatlar son vaxtlar xeyli dərəcədə intensivləşib.
Bu arada marja.az xəbər yayıb ki, 30 iyun 2015-ci il tarixində “AZENCO” ASC-nin səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcək. ASC-nin elanına görə, yığıncağın gündəliyiyinə, cəmiyyətin idarə heyətinin illik hesabatı, cəmiyyətin illik hesabatının (balansın) təsdiqi, cəmiyyətin müşahidə şurasının hesabatı, cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı, cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkiblərinin seçilməsi, cəmiyyətin strukturunun (dəyişdirilməsi, bölünməsi və sair) təsdiq edilməsi, cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi, cəmiyytin maliyyə nəticələrinin müzakirəsi və cari məsələlər daxildir.
Yığıncaq Mingəçevir şəhəri, Dövlət Dram Teatrı binasında öz işinə başlayacaqdır.
Hazırda “Azenco” ASC-nin Idarə Heyətinin sədri Vüqar Şahmuradovdur. Vüqar Şahmuradov həm də “Azərenerji”də baş mühəndisin müavini vəzifəsini daşıyır(mənbə: “Azərenerji”nin rəsmi veb-səhifəsi). Bu şəxsin Etibar Pirverdiyevə yaxın kadr olduğu bildirilir. “Azərenerji” prezidenti həm də qeyri-rəsmi olaraq “Azenco”nun idarəçisidir. Lakin artıq bu şirkətin də Etibar Pirverdiyevin nəzarətindən çıxarıldığı barədə məlumatlar var. “Azenco”nun idarə heyətində gözlənilən dəyişiklik də bununla bağlıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.