Ağlamaq növbəsi varlılara çatdı- Ekspert rəyi

16-05-2015, 16:38   


İqtisadçı ekspert Qubad İbadoğlu son günlər xeyli sayda sahibkarların kredit öhdəliklərini yerinə yetirmədiklərinə görə həbsxanalara doldurulmasına maraqlı şərh verib:

"Bu günlərdə məşhur bir filmdə (Богатые тоже плачут) oldugu kimi ağlamaq növbəsi varlılara çatdı. Oliqarxlarla da haqq- hesab çəkilən zaman yetişdi. Əslində siyasi termin olan oliqarx dedikdə iqtisadi mənada zəngin insan, tuz sahibkar, əli pulla oynayan iş adamı, maliyyə kralı, maqnat, plutokrat, burjua başa düşülür. Azərbaycanda sadalanan qruplardan hər birinə uyğun gələn milli oliqarx tapmaq olar. Onların varlanmasnın əsas səbəbi öz qazancları deyil, kredit vəsaitləri olduğunu nəzərə alanda haqlı sual ortalığa çıxır. Görəsən, 7-8 min manat kredit almaq üçün kiçik və orta sahibkarlardan biznes plan, kredit məbləğinin 2 qatından çox girov əmlakı tələb eləyən bank hansı maraqla mənasız bir layihəyə girovsuz və təminatsız 78 milyon manat vəsait ayırıblar? Təəssüf ki, belə hallar yalnız ölkə daxili deyil, həmçinin xarici biznes ortaqları ilə ölkə hüdudlarından kənarda birgə maliyyələşən layihələrdə də qeydə alınıb. Onların hər birinin maiyyələşməsi kiçik-orta sahibkarların və sadə vətəndaşların yüksək faizlərlə qaytardığı borclar və dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib.
Hazırda ictimaiyyətə məlum olanlar son illərdə baş verənlərin cüzi bir hissəsidir. Ardı və davamı olarsa, onda hələ çox təəccüblənəcəyik".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.