Bakıda dələduzluq etdiyinə görə uzun müddət axtarışda olan şəxs saxlanılıb.
APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq yolu ilə 12 vətəndaşa qarşı külli miqdarda ziyan vuran və barəsində axtarış elan olunmuş, 1964-cü il təvəllüdlü Gülməmmədova Mətanət İnqilab qızı həbs edilib.
M. Gülməmmədova tərəfindən aldadılaraq pulu mənimsənilən şəxslərdən Suraxanı rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.