Hacı İbrahim yenə "Bandotdel"də

16-05-2015, 20:44   
Hacı İbrahim yenə "Bandotdel"də
DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları iş adamı Hacı İbrahim Nehrəmlini yenə də saxlayıblar.

ANS PRESS xəbər verir ki, bu barədə haqqın.az saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Məlumata görə, nehrəmli oliqarx dünəndən etibarən “Bandotel”in təcridxanasında saxlanılır.

Virtualaz.org saytının əldə etdiyi digər məlumata görə, Hacı İbrahim on milyonlarla manat həcmindəki kredit borclarını ödəmək üçün tələb olunan vəsaiti tapa bilməyib. Böyük ehtimalla onun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək.

Yada salaq ki, Hacı İbrahim mayın 13-də saxlanılaraq “Bandotdel”ə aparılmışdı. Oradan çıxan oliqarx 78 milyon manat kredit borcunun olduğunu və mayın 19-dək bütün borclarını ödəmək öhdəliyi qəbul etdiyini bildirmişdi.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.