"Cahangir Hacıyev işi" ilə bağlı həbslər davam edir. Redaksiyamıza daxil olan məlumata görə, Cahangir Hacıyevə məxsus olduğu bildirilən "Şəki İpək Aqro" MMC-nin icraçı direktoru Cavid Muxtarov da həbs olunub. Məlumatda bildirilir ki, o, artıq 4 gündür DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılır.
azadliq.info