“Oliqarxgeyt” işində yeni həbslər

18-05-2015, 09:28   
“Oliqarxgeyt” işində yeni həbslər
Daha 5 sahibkar təcridxanaya aparıldı; Hacı İbrahim Nehrəmlinin də yenidən saxlanıldığı bildirilir...
“Oliqarxgeyt” əməliyyatı" çərçivəsində daha 5 nəfər həbs olunub. Saxlanılanlar da əvvəl tutulanlar kimi Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdir. Banka 200 milyon dollar borcu olan “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev saxlanılıb.

Bu günlər ərzində tutulanlar sırasında “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov və Hacı İbrahim Nehrəmli də var. “Qafqazinfo”nun yaydığı məlumatda həbs olunanlardan birinin də “Simurq” futbol klubunun prezidenti Anar Bəkirovun olduğu qeyd edilib. A.Bəkirov isə saxlanılmadığını söyləyib. Bununla belə istintaqa cəlb edildiyini də gizlətməyib: “Mənim həbs olunmağımdan söhbət gedə bilməz. Bu yayılan məlumatlar yalandır. Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaqa çağırılmışam”. “Simurq” Peşəkar İdman Klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə bildirib ki, istintaq başa çatdıqdan sonra məsələ ilə bağlı ətraflı məlumat veriləcək.

Bundan başqa məlum olub ki, “Simurq” Topaz Premyer Liqasının son iki turunda yalnız yerli futbolçuların xidmətindən yararlana biləcək. Artıq bütün əcnəbilər düşərgəni tərk edib. Çempionatın XXXIV turu çərçivəsində “Bakı” ilə (4:0) dünən keçirilən qarşılaşmadan sonra qalan əcnəbilər də vətənlərinə yola düşüblər. Dünənə qədər düşərgədə olan Pavel Kapsa, Xuan Alvarado, Adam Banaş, İdan Vaytsman və Draqan Çeran görüşdən dərhal sonra Gürcüstana, ordan isə vətənlərinə yollanıblar. (apasport.az)

Rüstəm Allahverdiyev

“Simurq” Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin patronajlığı altında olub. Rüstəm Allahverdiyev söyləyib ki, klubun maliyyələşməsi də dayandırılıb: “Mart ayında Beynəlxalq Bankın İdarə Heyətində dəyişiklikdən sonra ”Simurq" klubuna maliyyə dayanıb. Bildiyiniz kimi, klubumuz sosial layihə kimi bu bankdan maliyyələşirdi".

O bildirib ki, Beynəlxalq Bankın sədri dəyişdikdən sonra kluba digər sponsorlar da pul ödənişi etməkdən imtina edib: “Bizə ayrılan pul ödənişi dayandığı üçün maliyyə çətinliyi yaranıb. Bu, klubun iflası demək deyil, çünki vəsaitlər qayda-qanun çərçivəsində xərclənib. Sadəcə olaraq, kluba maliyyə ödənişi kəsilib. Güman edirik ki, yaxın günlərdə klubumuzla bağlı müsbət qərar qəbul ediləcək. Bizə deyilib ki, ”Simurq"un taleyi müsbət mənada həll olunacaq"...

“Oliqarxgeyt” işi üzrə tutulanlar sırasında “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov 50 milyon dollarlıq mənimsəmədə ittiham olunur. Mayın 14-də Nərimanov Rayon Məhkəməsi kredit dələduzluğu işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçib. F.Muradov Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidentinə yaxın şəxsdir.

Fariz Muradov

“İnter Glass” şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şosesi, 25 ünvanda nəhəng “İnter Glass Azerbaijan” şüşə məmulatları zavodu var. Zavod 2008-ci ildə açılıb, Qafqaz regionunda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur.

Şirkətin məlumatlarında göstərilir ki, zavodun açılmasına Beynəlxalq Bank 5 milyon avro kredit ayırıb. “İnter Glass” şirkəti Gürcüstanda da zavod açıb. 2012-ci ildə Fariz Muradov Gürcüstanın Xaşuri rayonunda (Şida Kartl regionu) o vaxtkı prezidenti Mixail Saakaşvili ilə birlikdə şüşə tara zavodunun təməlqoyma mərasimini keçirib.

Zavodun tikintisi layihəsini həyata keçirmək üçün Gürcüstanda “İnter Glass Georgia” şirkəti təsis edilib. Şirkətin payçıları “İnter Glass Azerbaijan” (60 faiz) və Gürcüstan Qaz Nəqli Şirkətidir (40 faiz). Layihənin dəyəri 18 milyon dollardır. Oliqarxın həmçinin Qırğızıstanda şüşə zavodu var, zavod 2012-ci ildə fəaliyyətə başlayıb. 2009-cu ildə “İnter Glass” Azərbaycanda yeni investisiya layihəsinə başlayıb. Onun törəmə müəssisəsi olan “Brickwork House Construction Ltd” yeni şüşə zavodunun tikintisinə 52 milyon manat yatırıb. Ehtimal ki, Fariz Muradova qarşı irəli sürülən 50 milyon dollarlıq mənimsəmə ittihamı da bu layihə ilə bağlıdır.

İş üzrə istintaqa cəlb edilən, lakin mayın 16-a qədər həbs olunmayan Hacı İbrahim Nehrəmlinin saxlanması xəbəri də yayılıb. Virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, onu DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

Hacı İbrahim Nehrəmli

Virtualaz.org saytının əldə etdiyi digər məlumata görə, Hacı İbrahim on milyonlarla manat həcmindəki kredit borclarını ödəmək üçün tələb olunan vəsaiti tapa bilməyib. Böyük ehtimalla onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçiləcək.

Yada salaq ki, Hacı İbrahim mayın 13-də saxlanılaraq “Bandotdel”ə aparılmışdı. Oliqarx oradan çıxandan sonra 78 milyon manat kredit borcunun olduğunu və mayın 19-dək bütün borclarını ödəmək öhdəliyi qəbul etdiyini bildirmişdi.

Onu da xatırladaq ki, ötən həftədən Azərbaycanda kredit borcu olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri “Bandotdel”də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var. Ümumilikdə Beynəlxalq Bankdan sayı ictimaiyyətə açıqlanmayan xeyli sahibkar 6 milyard manata qədər kredit götürüblər. Lakin sonradan həmin kreditlərin qaytarılmasını naməlum səbəbdən həyata keçirməyiblər. Yayılan məlumatlara əsasən istintaqa cəlb edilən və kredit borcunu ödəyən sahibkarlar həbs edilmirlər. Borcu ödəməyənlər isə həbs olunur, əmlakları siyahıya alınır. “Oliqarxgeyt” işinin bir neçə ay davam edəcəyi haqda məlumatlar da var.

P.S. Qəzet çapa gedərkən daha bir iş adamının tutulması haqda xəbər gəldi. “Azadlıq” qəzetinin məlumatına görə, Cahangir Hacıyevə məxsus olduğu bildirilən “Şəki-İpək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarov həbs olunub. Onun 4 gündür DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanıldığı deyilir.

E.MƏMMƏDƏLİYEVDaha 5 sahibkar təcridxanaya aparıldı; Hacı İbrahim Nehrəmlinin də yenidən saxlanıldığı bildirilir...

E.MƏMMƏDƏLİYEVhttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.