Türk nazir istefa verdi

15-05-2014, 11:01   

Faruk Çelik Soma olaylarında özünü günahkar bildiyi üçün bu addımı atıb

Türkiyənin Manisa vilayətinin Soma məntəqəsindəki daş kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 273 nəfərə çatıb. Mədəndə yardım gözləyən işçilərin sayının isə 120 nəfər olduğu bildirilir. JAM.AZ xəbər verir ki, Somadakı mədəndə qalanların yaşama risqi çox aşağı hesab edilir.

Bu əsnada Türkiyə hökumətində də fakir ayrılığı yaranmağa başlayıb. Baş verən faciədən dolayı artıq bir nazir istefa verdiyini açıqlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Faruk Çelik müalicə aldığı xəstəxanada mətbuata açıqlama verərək, istefa verəcəyini bildirib. O deyib ki, Soma olaylarında özünü günahkar bilir. Həm də səhhətində yaranmış problemlər ona lazımı səviyyədə işləmək imkanı vermir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.