"Mənim hesabıma tirajlarını artırırlar "
Mayın 21-də, günün ikinci yarısında iş adamı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun həbsi xəbəri yayılıb. Virtualaz.org saytı özəl mənbəyə istinadən yazıb ki, İ.Axundov "Beynəlxalq Bank işi" üzrə istintaqa ifadə vermək üçün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. Sayt onun 5 gündür həmin idarədə saxlandığını yazıb. nın Beynəlxalq Banka 100 milyon manat borcunun olduğu bildirilir.
Musavat.com-un əməkdaşı İsfəndiyar Axundovun mobil telefonuna zəng edərək ondan yayılan xəbərə münasibət öyrənib. bildirib ki, həbs edilməsi haqda məlumat doğru deyil: "Bəzi jurnalsitlər və saytlar barəmdə bu cür xəbərlər yazıb özlərini reklam edirlər. Məndən yazmaqla tirajlarını artırırlar. Halbu ki, mənə zəng vurub dəqiqləşdirmə apara bilərdilər. Necə ki, bu işi siz görürsüz - dəqiqləşdirib sonra yazırsınız. Hazırda bağdayam, istirahət edirəm, həbsim və yaxud istintaqa çağırılmağımla bağlı xəbərlər də yalandan başqa bir şey deyil."
"Siz iş adamı kimi Beynəlxalq Bankla əməkdaşlıq etmisinizmi, həmin bankdan kredit götürmüsünüzmü" sualına iş adamı belə cavab verib: "Nəinki Beynəlxalq Banka, ümumiyyətlə heç bir banka borcum yoxdur".
Xəbər Xidməti http://musavat.com/