ŞOK İDDİA: Yanan binanı üzləyən şirkətin Ramiz Mehdiyevin kürəkəni ilə əlaqəsi var”

21-05-2015, 19:30   
ŞOK İDDİA: Yanan binanı üzləyən şirkətin Ramiz Mehdiyevin kürəkəni ilə əlaqəsi var”
Faciəyəyə səbəb olmuş təmir-tikinti işlərinin arxasında kimlərin durduğu Dövlət Komissiyasının iclasında iştirak edənlərə məndən də yaxşı bəllidir. Sadəcə, son dövrlər regionda Rusiyanın güclənməsi həmin şəxsləri konkret adları çəkməkdən çəkindirir
Tanınmış vəkil Aslan İsmayılovun yanğın olayı ilə bağlı azadlıq.info-da yayımlanmış məqaləsini diqqətinizə çatdırırıq:
Dünən təxminən 17.00 radələrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin başçılığı altında dünən baş vermiş faciə ilə bağlı yaradılmış dövlət komissiyanın iclasına baxdım. İştirakçıların çıxışına diqqətlə qulaq asdım və bəzi nəticələrə gəldim. Ən təəccüblü olan odur ki, sən demə hələ 2014-cü ilin fevralından başlayaraq bu il aprel ayının 10-da baş verən yanğına qədər iki oxşar hadisə – əvvəl Sumqayıtda, sonra isə Buzovna qəsəbəsində baş vermiş və bu baradə Baş Prokuror Zakir Qaralovun xəbəri olmuşdur. Çıxışında bunu deyən Baş Prokuror nə üçün bir tədbir görmədiyini isə açıqlamadı. Bundan sonra ilk günlərdən baş vermiş faciədə adı hallanan FH naziri Kəmaləddin Heydərov çıxış etdi və qanunsuzluq olduğunu bildiklərini və müvafiq strukturları tikintinin qanunsuz aparıldığı barədə dəfələrlə xəbərdar etdiklərini xatırlatdı.Çıxışçıların demək olar ki, hamısı bildirdi ki, başıbəlalı təmir-tikinti işləri heç bir müqavilə olmadan, qanunsuz, yerli icra başçılarının xeyir-duası ilə aparılmışdır.
rrÇox maraqlı hal alınır. Ölkənin ən nüfuzlu nazirlərindən sayılan FHN-nin başçısı Kəmaləddin Heydərov Prezidentin yanındakı iclasda onların suçunun olmadığını, qanunda nəzərdə tutulduğu qaydada dəfələrlə müvafiq xəbərdarlıqlar etdiklərini bildirdi. Deməli, bu işi görənlər onların hər ikisindən güclü şəxs olub. Nə üçün belə yazıram? Çünki, hamı kimi mən də bilirəm ki, ölkə qanunlarla deyil fərdlərlə idarə olunur. Prezidentin çıxışında verdikləri suallardan, iştirakçıların çıxışına reaksiyadan görünürdü ki, hadisənin artıq hakimiyyət üçün təhlükə yaratdığı ona bəllidir və bu hadisədə bütün günahkarların aşkar edilməsində, cəzalandırılmasında israrlıdır. Prezidentdən sonra isə Azərbaycanda ikinci şəxsin Ramiz Mehdiyev olduğu heç kimdə şübhə doğurmur. Ramiz Mehdiyev iclasda iştirak etmirdi. Bu ola bilsin onun sağlamlığı ilə bağlıdır. Hərçənd ki, akademikin bu günlərdə iş başında olduğunu TV-lər nümayiş etdirmişdilər.
Bundan əlavə “Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayevin Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin deputatı İlham Əliyevə verdiyi sualda o, dünən rəhbəri həbs olunmuş “Global Stone” şirkətinə bilavasitə aidiyyatı olduğunu etiraf etmişdi. Hərçənd ki, bir neçə dəqiqə bundan əvvəl həmin məlumat saytdan çıxarıldı. Bundan başqa, bu günə qədər səsini eşitmədiyimiz deputat İlham Əliyev bu gün çıxış etdi və baş vermiş hadisəni dolayısı ilə təxribat adlandırdı. Nəzərə alsaq ki, metallurgiya sahəsi Ramiz Mehdiyevin oğlunun dostu olan Rasim Məmmədovun inhisarındadır, bu təmirlərdə dəyəri heç də üzlük materiallarından az olmayan metal məmulatlardan istifadə edilmişdir, məntiqi sonuc öz yerini tutur.
Prezident çıxışında bir neçə dəfə vəzifəli şəxslərin qohumlarının öz imkanlarından sui istifadə etmələrini xüsusilə vurğuladığını, rayon icra hakimiyyəti başçılarının faktiki olaraq Ramiz Mehdiyevdən başqa heç kimlə hesablaşmamalarını, Kəmaləddin Heydərovun, Zakir Qaralovun Prezidentin yanında gücsüzlüklərini etiraf etməsi Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin bu təmirlərlə birbaşa bağlılığını göstərir. Əgər bu cür olmasaydı insanların evlərinin içindəki təmirlərə də burnunu soxan müvafiq strukturlar hamının gözü qarşısında yüz milyonların yeyildiyi qanunsuz tikililərə heç vaxt göz yummazdılar. Mən hələ aparılan işlərin təhlükəliliyini demirəm. Başqa məsələ isə məsuliyyətli şəxslər də azdan-çoxdan bu yem yerindən öz paylarını alıblar.
Zənn edirəm ki, bu faciəyəyə səbəb olmuş təmir-tikinti işlərinin arxasında kimlərin durduğu Dövlət Komissiyasının iclasında iştirak edənlərə məndən də yaxşı bəllidir. Sadəcə, son dövrlər regionda Rusiyanın güclənməsi həmin şəxsləri konkret adları çəkməkdən çəkindirir.
Bu bir daha göstərdi ki, ölkə idarəçiliyində qanunlar yox, vəzifə, qohumluq əlaqələri əsas rol oynayır. Baş vermiş hadisə isə qanunlara söykənməyən sistemin çökməsinə bir işarədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.