Türkiyə Baş nazirinin yardımçısı Somada Erdoğana etiraz edən bir vətəndaşı təpikləyib.
Onun bu davranışı sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Soma bələdiyyəsində mətbuat konfransı təşkil edən Ərdoğan çıxışda vətəndaşlara müraciət edib. Baş nazirin çıxışı zamanı hökumət və Ərdoğanı istefaya səsləyən şüarlar səsləndirilib. Ərazini dərhal tərk edən nazirin yardımçısı isə etirazçılardan birinə təpik atıb.
Yusuf Yerkel sosial şəbəkələrdə yayılan həmin fotonun ona aid olduğunu və bununla bağlı açıqlama verəcəyini bildirib.