İŞİD bir il ərzində nüvə silah alacaq

23-05-2015, 21:16   
İŞİD bir il ərzində nüvə silah alacaq

Hazırda Suriya ərazisinin yarıdan çoxuna, İraq ərazisinin üçdə birinə nəzarət edən dəhşətli terror təşkilatı İŞİD (“İslam Dövləti”) bir il ərzində nüvə silahı alacağına dair informasiya yayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “The İndependent” qəzeti İŞİD-in təbliğat saytında dərc edilmiş məqaləyə istinadən yazır.

İŞİD bildirir ki, nüvə silahı almağa onlara Pakistandakı korrupsioner tərəfdarları və çoxmilyonluq vəsaiti imkan verəcək.

Qəzet yazır ki, hazırda İŞİD-in bank hesabında 2 milyard dollar vəsait var. İŞİD hazırda İraq və Suriyanın bir sıra neft yataqlarına, neftayırma zavodlarına nəzarət edir.

Həmçinin girovlarla alver edərək milyonlarla dollar qazanır. Bu vəsaitlərin köməyi ilə terror təşkilatı Pakistan rəsmilərini ələ almağa və onlardan nüvə silahı əldə etməyə hazırlaşır.

İŞİD nüvə silahı əldə etmək planı haqda məqaləni hazırda girov saxladığı britaniyalı jurnalist Con Kentliyə yazdırıb.

“İslam Dövləti” elə edəcək ki, onun indiyə qədər etdikləri dələ ovu kimi görünəcək”-jurnalist yazır. Con Kentli bundan əvvəl də İŞİD-in xeyrinə təbliğat materialları yayıb.

İŞİD-in hərbi rəqiblərini qorxutmağa hesablanmış məqalədə deyilir ki, son vaxtlar çoxsaylı silahlı qruplar bu təşkilata qoşulub. İŞİD nəzarət etdiyi əraziləri genişləndirib.

Bundan başqa İŞİD İran və ABŞ-dan böyük miqdarda tank, raket qurğuları, hava hücumundan müdafiə sistemləri ələ keçirib. İndi isə onlar nüvə silahı əldə etmək planı qururlar.

Hazırda İŞİD İraqın Ramadi şəhərini ələ keçirərək ölkənin mərkəzi əyalətlərinə doğru irəliləyir. Bir müddət əvvəl İraq və Suriyada İŞİD-in zəiflədiyi, nəzarət etdiyi ərazilərin bir hissəsini itirdiyi haqda məlumatlar yayılsa da son həftələr ərzində terror təşkilatı yenidən sürətli hücumlara başlayıb. Suriya ərazisinin yarıdan çoxu artıq İŞİD-in əlindədir. Terror təşkilatı İraqda da nəzarət etdiyi əraziləri genişləndirir.

İŞİD-in nüvə silahı əldə edə biləcəyini hələ ötən il Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey bildirmişdi. Nazir demişdi ki, Yaxın Şərqdə bioloji, kimyəvi, hətta nüvə silahına malik terror dövləti meydana çıxa bilər.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.