“Eurovision 2015” mahnı müsabiqəsinin final mərhələsində səsvermə zamanı Rusiya Azərbaycana qarşı sayqısızlıq nümayış etdirib. Belə ki, Azərbaycanın şimal qonşusunun təmsilçisinə 10 xal verməsinə baxmayaraq, ruslar buna cəmi 3 xalla cavab verib. Bununla da Rusiya növbəti dəfə Azərbaycana olan hörmətsiz münasibətini nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycan təmsilçisinə yüksək bal verən ölkələr Çexiya (12), Gürcüstan (10), Monteneqro və Malta (8) olub.
Litva – 2, Rumıniya, Moldova və Rusiya Azərbaycan təmsilçisinə 3 xal verib.