Zakir Həsənov ciddi kadr dəyişikliyi etdiŞOK QƏRAR

15-05-2014, 14:08   
Zakir Həsənov ciddi kadr dəyişikliyi etdi
Müdafiə Nazirliyində ciddi kadr dəyişikliyi həyata keçirilib.

Müdafiə naziri Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrdə bir sıra mühüm postlara yeni təyinatlar həyata keçirilib.

Əmrə əsasən, Ali Hərbi Məktəbin rəisi, general-mayor Heydər Piriyev Azərbaycan Silahlı Qüvvələrinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. Daha bir kadr dəyişikliyi Hərbi Polis İdarəsində baş verib. İdarəsinin rəisi, polkovnik Füzuli Salahov vəzfəsindən azad edilərək C.Naxçıvanski adına Hərbi Liseyinə rəis təyin olunub. Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə isə polkovnik-leytenant Azad Ağayev təyin edilib.

Müdafiə naziri Zakir Həsənovun bu sonuncu təyinatı adıçəkilən qurumda şok effekti yaradıb. Çünki A. Ağayev vaxtilə Bakı şəhər Qarnizonunun Hərbi Polisinin rəisi olub və işdə yol verdiyi çox ciddi nöqsanlara görə, ordu sıralarından uzaqlaşdırılıb. Onu da qeyd edək ki, polkovnik Füzuli Salahov Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb /Aznews.az/.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.