Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin tankları Ukrayna ilə sərhədə yığır

27-05-2015, 23:25   
Putin tankları Ukrayna ilə sərhədə yığır
Rusiya Silahlı Qüvvələrinin tankları Ukrayna sərhədinə gətirilib.
"Reuters" xəbər agentliyi xəbər verir ki, Rusiya ordusunun 9 tankı Rostov ərazisinə gətirilib. Rusiyanın ağır hərbi texnikasının növbəti kalonu Ukrayna ilə sərhəddə qeyd edilib.
9 Rusiya tankının olduğu eşalon Ukrayna ilə sərhəd Matveyev Kurqan şəhərinə gətirilib. Donbas ərazisinə yollanacaq Rusiya tankları və zirehli maşınları arasında “Uraqan” tipli raketlər də var.
Ukrayna sərhəd məntəqəsindən bildirilib ki, Rusiya tankları məntəqədən müşahidə edilir.
"Biz Rusiya tanklarının sərhədə necə gətirildiyini müşahidə etdik. Eşalonda tanklar, zirehli maşın və "Uraqan" var idi" - deyə ukraynalı sərhədçilərdən biri bildirib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar