Dollarda qəfil bahalaşma olacaq

28-05-2015, 10:41   
Dollarda qəfil bahalaşma olacaq
Məzənnəsindəki artımın qarşısını ala bilmək üçün son 9 iş günündə 1,7 milyard dollar xərclənməsi də vəziyyəti dəyişdirməyib

Rusiya rublu yenidən dollar qarşısında ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, Rusiya milli valyutası ucuzlaşaraq 1$ - 52 rubl səviyyəsinə çatıb. Bu isə bazar üçün siqnal kimi qiymətləndirilir. Belə ki, son günlər Rusiya valyutasının möhkəmlənməsi tendensiyası dayanıb. Rubl artıq xarici valyutalar qarşısında öz mövqeyini itirməyə başlayıb.

Buna əsas səbəblər isə iri şirkətlər tərəfindən dividentlərin ödənməsi, Rusiya Mərkəzi Bankının bazara müdaxilələri və neftin qiymətinin ucuzlaşmasıdır. Yaxın vaxtlarda Rusiya valyutası dollara nisbətdə 54-55 rubla çata bilər.

Mərkəzi Bankın rublun məzənnəsindəki artımın qarşısını ala bilmək üçün son 9 iş günündə 1,7 milyard dollar xərcləməsi də vəziyyəti dəyişdirməyib. Mütəxəssislər rublun dollara nisbətdə ucuzlaşmasını neftin qiymətilə izah edirlər. Faktiki olaraq rublun məzənnəsi neftin qiymətindən asılı vəziyyətdədir. Neftin dünya birjalarında son günlər ucuzlaşması da ölkəyə daxil olan xarici valyutaların azalmasına gətirib çıxarıb. Bu isə xarici valyutaların rubl qarşısında möhkəmlənməsinə səbəb olur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.