Türkiyədə hökumətin istefası tələb edilir

15-05-2014, 15:40   
Türkiyədə hökumətin istefası tələb edilir
Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
Somada baş verən faciə Türkiyədə insanları ayağa qaldırıb və onlar etirazlara başlayıblar.

ANS PRESS-in məlumatına görə, Ankara və İstanbulda polis mədəndə faciə ilə əlaqədar narazılığını ifadə etmək üçün küçəyə çıxan yüzlərlə insanların nümayişini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar Qayrettəpədə TOMA-nın qarşısında oturaraq gözləməyə davam ediblər. Bundan əlavə olaraq İstanbulda etirazçılar Taksim meydanına, Soma mədəninin sahibi olan şirkətin baş ofisinin yerləşdiyi binanın qarşısına toplaşıb.

Ankarada 800 nəfər universitetdən energetika nazirliyinə gedən yolda yürüş təşkil edib.

Aksiyalarda hökumətin istefaya getməsinə çağırışlar paylanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.