Rusiya prezidenti Vladimir Putin ölkə sərhədlərindən kənarda hərbi gücdən istifadə edə bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O bildirib ki, ordudan ölkə sərhədlərindən kənarda istifadə etmək Putinin öz kostitusiya hüququdur.
Qeyd edək ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko parlamentin yuxarı palatasının növbədənkənar iclasının keçirilə biləcəyini bəyan edib.
Xatırladaq ki, Rusiya Federasiya Şurası sonuncu dəfə növbədənkənar iclası 2014-cü il martın 1-də olub. Həmin vaxt parlamentin yuxarı palatası prezident Vladimir Putinə Ukrayna ərazisinə qoşun yeritmək barədə icazə vermişdi. Lakin icazə elə həmin ilin iyulunda ləğv edilmişdi.