Nazirin başı niyə səfirə köçürülüb?

7-06-2015, 00:30   
Nazirin başı niyə səfirə köçürülüb?

Fransız nazirin izahatı olacaqmı?

Hakimiyyət mediyası «qiyamçı» elan etdiyi səfri Arif Məmmədovla bağlı bütün versiyaları və rəngləri tündləşdirdi. Əslində, bu rənglər lap ilk günlərdən tündləşdirilmişdi. Amma bu kampaniyanın gedişində Fransanın xarici işlər nazirinin şəklinin səfir Arif Məmmədovu şantaj etmək məqsədilə istifadə edilməsi çox maraqlı tələskənlik idi. Bəzilər hesab edirlər ki, bu şəkil təsadüfi seçilməyib və Fransalı nazirlə səfir Arif Məmmədovun hansısa əlaqələrinə eyham edilib. Bu məsələlərə aydınlıq gətirmək üçün «Azadlıq» qəzeti Fransanın Xarici İşlər Nazirliyinə müraciət edib. Müraciətdə bildirilir: «İslam Konfransı Təşkilatı kimi nüfuzlu bir beynəlxalq qurumun Avropa Birliyində səfiri olan Arif Məmmədovu şantaj etmə məqsədilə Fransanın xarici işlər naziri cənab Fabiusun şəklindən istifadə edilmişdir. Bu şəkil kollaj edilmiş və Azərbaycan Xarici İşlər naziri cənab Məmmədyarovla cənab Fabiusun görüşü zamanı çəkilən şəkildə cənab Fabiusun başı Arif Məmmədovun başı ilə dəyişdirilib. Bu əməliyyatın bir diplomatik və ya siyasi sirri varmı»?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.