Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

BİABIRÇILIQ! Azərbaycan çempionu rinqə PKK bayrağı ilə çıxdı – FOTO

9-06-2015, 23:57   
BİABIRÇILIQ! Azərbaycan çempionu rinqə PKK bayrağı ilə çıxdı – FOTO

Sosial şəbəkələrdə yeni siyasi qalmaqala səbəb ola biləcək fotoşəkil yayılıb. Fanat.az saytı xəbər verir ki, bu yaxınlarda keçirilən əlbəyaxa döyüş üzrə turnirdə Azərbaycan idmançısı, dördqat Avropa çempionu Anar Süleymanov rinqə üzərində kürd terror təşkilatı olan PKK-nın simvolikası olan geyimdə çıxıb.
Bu yarışlar “İdman Azərbaycan” telekanalı ilə yayımlanıb. A.Süleymanov onu kürd terrorçularına rəğbət bəslədiyinə görə tənqid edən sosial şəbəkə istifadəçilərinin iradlarına isə söyüş və hədə-qorxu gəlməklə cavab verib.
Məlumata görə, Anar Süleymanov Azərbaycandakı kürd icmasının liderlərindən biri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanovun yaxın qohumudur.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar