Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Milli Məclis bu gün toplanır: 7 məsələyə baxılacaq

16-05-2014, 11:08   
Milli Məclis bu gün toplanır: 7 məsələyə baxılacaq
Milli Məclis bu gün növbəti plenar iclasını keçirəcək.

İclasın gündəliyinə 7 məsələ təklif olunub. Bunlar aşağıdakı məsələlərdir:

1. "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;

2.” Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə;

3. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;

4. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;

5. "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;

7. "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"nın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar