Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın Aparat rəhbəri, faktiki olaraq nazirlikdə Əli Abbasovdan sonra əsas söz sahibinə çevrilmiş və nazirin “qara qutusu” adını daşıyan Vidadi Zeynalovla bağlı cumhuriyyət.az-a ilginc informasiya daxil olub. Həmin məlumatlardan belə məlum olur ki, ilk baxışda o qədər də yüksək vəzifə daşımayan bu şəxs həm kapitalına, həm də siyasi imkanlarına görə ikinci eşalon oliqarxlarla müqayisə oluna bilər.
Tələbəlikdən başlayan maxinasiya
Redaksiyamızı bilgiləndirən mənbənin məlumatına görə V.Zeynalov hər zaman “qazanclı” vəzifələrdə çalışıb: “O hələ tələbə olarkən əvvəlcə fakültə həmkarlar komitəsinin sədri daha sonra institut həmkarlar komitəsinin sədr muavini işlədi. O zaman xarici tələbələrin ən çox oxuduğu ali məktəblərdən biri olan Azərbaycan Neft və Kimya institutunda tələbə “profsayuz”larının maxinasiyaları çox idi. V.Zeynalovun da o zamankı gəlirləri və imkanları onunla birgə oxuyan tələbələrin yaxşı xatirindədir”. Tələbəlik illərindən sonra da V.Zeynalov hər zaman “qara işlər”ə meyilli olan vəzifələri hədəfləyib və nəhayət İqtisadiyyat Universitetinin prorektorluğundan Rabitə Nazirliyinin aparat rəhbərliyinə gəlib.
Biznes dünyası: Çayxanadan istirahət mərkəzinədək
V.Zeynalovun keçdiyi həyat yolu və bu günkü fəaliyyətinə yaxşı bələd olan mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, o bütün bu illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünə böyük bir biznes imperiyası qura bilib: “Nazirliyin aparat rəhbəri Goranboy rayonunda “Gülüstan”, İsmayıllı rayonunda isə “Çaynik” adlı istirahət mərkəzləri tikdirib. Gornaboy rayonundakı “Gülüstan” istirahət mərkəzinə Vidadi Zeynalovun yaxın qohumu və həmkəndlisi, Yevlax rayon Kövər kəndindən olan Oqtay Məmmədov nəzarət etdiyi bildirilir”. Amma V.Zeynalovun biznes dünyası rayonlarla məhdudlaşmır. Mənbəmiz qeyd edir ki, Vidadi Zeynalovun Bakı şəhəri Qaraçuxur qəsəbəsində dəyəri milyonlarla ölçülən villası, Quba rayon Qəçrəş kəndində isə dəbdəbəli imarəti var. Bundan başqa Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin Türkiyədə və Yunanıstanda da mənzilləri mövcuddur. Mənbə Əli Abbasovun “qara qutusunun” istirahətini Avropa ölkələrində keçirdiyini və həmin ölkələrin birində biznes strukturu yaratdığını qeyd etdi. Həmçinin Vidadi Zeynalovun paytaxtın Tiblisi və digər prospektlərində bir neçə obyektinin fəaliyyət göstərdiyi qeyd olunur.
İcra başçısı olan qohum
Məlumat verən etibarlı mənbənin bildirdiyinə görə Vidadi Zeynalov Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüdətli icarəyə götürüb. Məlumat üçün oonu da bildirək ki, Kürdəmir rayonudna icra başçısı Ceyhun Cəfərov Vidadi Zeynalovun yaxın qohumudur və Aparat rəhbəri qaynının icra başçısı təyinat almasında mühüm “xidmətlərinin” olduğu iddia olunur. Belə ki, Cayhun Cəfərovun Yasamal rayon icra başçısının birinci müavini vəzifəsindən Tərtər rayonuna icra başçısı təyinatı almasında məhz V.Zeynalovun rolu olub. Həmçinin Ceyhun Cəfərov uzun müddət Xətai rayonunda Kommunal Təsərrüfat İdarəsinin rəisi işlədiyi dövrlərdə Vidadi Zeynalova xeyli maddi dəstəkdə bulunduğu iddia olunur.
Ceyhun Cəfərovla şərikli biznes
Amma Vidadi Zeynalov Rabitə və Yüksək texnologiyalar Nazirliyində Aparat rəhbəri təyinatından və nazirlikdə Əli Abbasovun “qara qutusu” funksiyasını yerinə yetirdikdən sonra qayın-yeznə paytaxta müxtəlif obyektlər torpaq sahələri almağa başladılar. Hazırda Ceyhun Cəfərovla Vidadi Zeynalovun Xətai rayonunda 25 mənzilləri, 8 obyektləri var. Bu mənzillər və obyektlər icarə kimi işləyir. Ceyhun Cəfərov Yasamal rayonunda icra başçısının müavini işlədiyi dövrlərdə Vidadi Zeynalov onun əli ilə adı çəkilən rayonda onlarla torpaq sahəsi, müxtəlif obyektlər ələ keçirtmişdi.
Bundan başqa Ceyhun Cəfərov Tərtər rayonuna icra başçısı təyin olunduqdan sonra adı çəkilən rayonda həyata keçirilən bəzi abadlıq işlərini məhz Vidadi Zeynalova məxsus kiçik müəsissələr həyata keçirib.Həmçinin Ceyhun Cəfərovun əli ilə Tərtər Bərdə rayonu arasında sahəsi 400 hektar olan qosfond torpağını uzunmüddətli icarəyə götürərək burada böyük heyvandarlıq sahəsi yaradıb. Mənbə bildirir ki, Kürdəmir rayonunda götürülən torpaq sahəsində Vidadi Zeynalov qaynı ilə birlikdə böyük balıqçılıq gölləri yaratmaq fikrindədir. Bu iş üçün təxminən 1 milyon manata yaxın xərc çəkmək fikrindədirlər. Əvəzində isə ildə ən azı 250-300 ton balıq məhsulu götürməklə yaxşı qazanc əldə etmək iddiasındadırlar. Vidadi Zeynalovla Ceyhun Cəfərovun şərikli biznesi ilə bağlı cumhuriyyet.az-a danışan mənbəmiz bildirir ki, icra başçısı ilə Aparat rəhbəri ölkə xaricindədə müxtəlif biznes sahələri yaradıblar. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. Həmçinin biləcəksiniz:
– Əmək haqqı ı 875 manat olan Vidadi Zeynalov bu qədər var dövləti, torpaq sahələrini, mal mülkləri necə ala bilər?
– Görəsən Aparat rəhbərinin milyonluq obyektlərindən nazir Əli Abbasovun xəbəri varmı?
– Vidadi Zeynalov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində maxinasiyanı necə edir?
– Aparat rəhbəri rayonlardakı rabitə və poçt xidmət rəislərindən hər ştat üçün nə qədər hesab alır?
– Vidadi Zeynalov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarəti altında rayonlararası çəkilən fiber optik kabel işindən necə qazanır?
– Aparat rəhbəri Gəncə şəhərində yüksək mərtəbəli bina biznesinə kiminlə girişib?
– Vidadi Zeynalovla Ceyhun Cəfərov Avropanın hansı dövlətində biznes qurublar?
– Aparat rəhbəri nazir Əli Abbasovu necə aldadır?