Kılıçdaroğlu baş nazir olmaq istəyir

13-06-2015, 09:52   


Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, yığıncaqda partiyanın koalisiya və bundan sonra izləyəcəyi yol xəritəsinin dəqiqləşdirilməsi gözlənilir.

“Habertürk”ün xəbərinə görə CHP-nin AKP, ya da digər partiyalarla qurulacaq koalisiyada izləyəcəyi yol və bazarlıq masasına gətirəcəyi məsələlər belədir:

- Dəyişkən baş nazirlik sistemi tələb ediləcək. 2 il Kılıçdaroğlu baş nazir olacaq.
- Məclisin sədrliyi CHP-yə veriləcək.
- Koalisiyada “böyük, kiçik ortaq” olmayacaq, nazirliklər bərabər paylanacaq.
- Ədliyyə, Daxili İşlər, Milli Təhsil nazirliklərinin CHP-yə verilməsi şərt olaraq tələb ediləcək.
-17-25 dekabrla əlaqədar materiallar parlamentdə açılacaq. 4 keçmiş nazirlə əlaqədar istintaq komissiyası qurulacaq.
- Sui-istifadələrlə əlaqədar addımlar parlamentin yoxlama səlahiyyəti daxilində qiymətləndiriləcək.
- Təqaüdçüyə 2 maaş hədiyyə hökumət qurulduqdan sonrakı ilk dini bayramda veriləcək.
- Minimum məvacibin 1500 türk lirəsi edilməsi və kəndliyə mazutun 1,5 lirəyə satılması bir il içində həyata keçiriləcək.

CHP, MHP və HDP variantı

- Baş nazir Kılıçdaroğlu olacaq və onun başçılığında hökumət qurulacaq.
- MHP koalisiyaya girsə nazirliklər və baş nazir köməkçilikləri paylaşılacaq.
- Lazım olsa, Məclisin rəhbərliyi MHP-yə, Məclisdəki bəzi komissiyanın rəhbərlikləri HDP-yə veriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.