Ərdoğan Bakıda Putinə Avropa Oyunları haqda nə pıçıldadı...

13-06-2015, 11:13   
Ərdoğan Bakıda Putinə Avropa Oyunları haqda nə pıçıldadı...
"Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimində iştirak edən Türkiyə və Rusiya prezidentləri arasında bu gün səhər saatlarında danışıqlar keçirilib.

Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan qapalı rejimdə, mətbuatın iştirakı olmadan görüşüblər.

Rusiya tərəfdən danışıqlarda prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, “Rosatom”un rəhbəri Sergey Kiriyenko, “Qazprom” rəhbəri Aleksey Miller iştirak edib.

Elə tərkibdən də görünür ki, danışıqların əsas mövzusu Türkiyə ilə Rusiya arasında “Türk axını” qaz kəməri və energetika məsələlərinə dair digər mövzular olub.

Putin və Ərdoğan mətbuat nümayəndələrinin görüşdən bir neçə kadr çəkməsinə icazə veriblər, lakin açıq aydın görünüb ki, onlar mətbuatın qarşısında söhbətə başlamaq istəmirlər. Fotoreportyorların çəkiliş apardığı müddət ərzində bir neçə dəqiqə sükutdan sonra prezidentlər ancaq Avropa Oyunlarının açılışı haqda təəssüratlarını bölüşüblər. Ərdoğan qeyd edib ki, mərasimə Avropa İttifaqı liderlərindən heç kim gəlməmişdi.

“Türkiyə Avropa İttifaqına üzvlüyə namizəd kimi bütün ittifaqı təmsil etdi” - deyə Putin təbəssümlə ona cavab verib.

Daha sonra Putin və Ərdoğan bu fikirdə razılaşıblar ki, mərasim çox rəngarəng idi. Onlar bütün ölkələrin komandalarına, o cümlədən ev sahibi olan Azərbaycanın idmançılarına qarşılıqlı olaraq uğur arzu ediblər.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.