Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı seçki sonrası koalisiya müzakirələrini alovlandıracaq bəyanat verib.
ANS PRESS-in məlumatına görə, bozqurdların lideri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın, “bütün liderlərlə görüşəcəyəm” sözünə cavab verib. “CNN Türk”ə açıqlama verən Baxçalı ölkə başçısından gələcək dəvəti üstüörtülü rədd edib: “Hər hansı bir millət vəkilinə (hökuməti qurmaq) vəzifə(si) vermək səlahiyyəti əlbəttə prezidentdədir. Amma növbəti mərhələ vəzifələndirilən şəxsə aiddir. Liderlərlə tək-tək görüşmək prezidentin işi deyildir. Biz belə bir dəvəti uyğun görmürük. Sadəcə prezidentin vəzifələndirəcəyi şəxslə görüşəcəyəm”.