Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb. Artıq onun şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, cəmi iki ay əvvəl hərbi xidmətə çağırılmış Rusiya vətəndaşı İvan Novikov Gümrü şəhərində yerləşən 102-ci bazada xidmət edirmiş.
Onun cəsədi “Ana Ermənistan” adlanan kompleksin ərazisində tapılıb. İlkin ekspertiza nəticəsində məlum olub ki, rus hərbçi güllələnərək qətlə yetirilib. Hazırda hadisə araşdırılır. (Virtualaz.org)