Putinin Bakıda Ərdoğanla olan görüşə gecikməsi Türkiyə dövlət başçısını hövsələdən çıxartdı.
15-06-2015, 22:13
Bu barədə “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov yazıb. Onun sözlərinə görə, Putinin toplantıya gecikməsi gərginlik yaradıb: “Türkiyə Prezidenti Ərdoğan və heyəti “Four Seasons” otelində gerçəkləşən görüşə vaxtında qatıldı. Ancaq həmin vaxt salonda Rusiya tərəfindən heç kimin olmaması gərginliyə səbəb oldu. Bu vəziyyət sonradan Rusiyanın Xarici İşlər naziri Lavroun sayəsində qismən aradan qaldırılsa da, Ərdoğan bir müddət sonra əsəbləşərək otaqdan çıxdı. Ancaq gərginlik böyümədən geri qayıtdı. Bundan təxminən üç dəqiqə sonra Putin içəri daxil oldu. Tərəflər bir müddət heç danışmadan oturdular. Ərdoğan isə hələ də əsəbiydi. Ancaq jurnalistlərin getməyəcəyini görən prezidentlər sonra söhbətə başladılar. Çünki iki lider üçün bu görüş olduqca vacib idi. Ərdoğan istəsə də, istəməsə də, aradakı buzları əritməliydi