"Rusiyadan gələn təhlükləni nəzərə alaraq ABŞ Avropada beşinci nəsil F-22 Raptor qırıcı-bombardımançı təyyarələri yerləşdirməyi planlaşdırır"
Ölkə.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Hərbi hava qüvvələri naziri DeborA Li Ceyms deyib.
Fransanın Le Burje Beynəlxalq aerokosmik salonunda olan Debora Ceyms Krımın işğalından sonra Rusiya təyyarələrinin Avropa ilə sərhəddə tez-tez uçuş keçirdiklərini və bunun qitədə təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyini bildirib.
Ceymsnin sözlərinə görə, o, ABŞ-ın NATO üzrə partnyorları ilə görüşündə bu məsələni müzakirə edəcəklərini vurğulayıb.
Ölkə.az