Bu gün hüquq müdafiəçisinin məhkəməsidir

16-06-2015, 10:17   
Bu gün hüquq müdafiəçisinin məhkəməsidirİyunun 16-da Göyçay Rayon Məhkəməsində hakim Fərhad Əfəndiyevin sədrliyi ilə şərlənərək həbs olunduğunu deyən hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəmisi keçiriləcək.

Bu barədə musavat.coma onun yaxınları məlumat verdilər. Onlar bildirdilər ki, Taleh Xasməmmədovun məhkəməsi iyunun 2-də qeyri-müəyyən səbəbdən ayın 16-a təyin olunub. Lakin prosesin saat neçədə başlayacağı dəqiq deyil. Yaxınları deyir ki, T.Xasməmmədov heç bir günahı olmadan, sadəcə istimai-siyasi faliyəti Mübariz Ağayev və bəzi məmurların xoşuna gəlmədiyi üçün şərlənərək tutulub: “Hazırda ölkəmizdə Avropa Oyunları keçirilir. Bütün dünyanın gözü Bakıdadır. Ümid edirik ki, belə bir həssas dönəmdə Taleh ədalətli mühakimə olunacaq və azadlığa buraxılacaq, ölkəmizə qarşı qınaqlara səbəb olmayacaq”.

Xatırladaq ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov bu ilin 24 fevralında Göyçayda həbs olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.