Lider TV cəbrayıllı Seymuru ingilis Ceyms kimi təqdim etdi

16-06-2015, 14:34   

"Lider" telekanalında dünan yayımlanın bir süjet cəmiyyətdə gülüş obyektinə çevrilib.

Moderator.az-ın verdiyi xəbərə görə, telekanal Mingəçevir avarçəkmə mərkəzindən Avropa Oyunları ilə bağlı hazırladığı reportajda cəbrayıllı məcburi köçkün Seymur Səfərovu ingilis turisti Ceyms Bonar kimi təqdim edib. Seymur Səfərov ingilis dilinin, necə deyərlər, qol-qabırğasını sındıra-sındıra Azərbaycandan, ölkəmizin yeməklərindən ağız dolusu danışaraq Azərbaycan xalqını mükəmməl insanlar adlandırıb.

Qeyd edək ki, son günlər ölkə telekanallarında əcnəbi turistləri telekamera önündə danışdırmaq və ölkəmizi təriflətdirmək tendensiyasi güclənib.[media=https://www.youtube.com/watch?v=9rJ_s93Wcm0]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar