Müstəqil Kürdüstan üçün tarix açıqlandı

16-06-2015, 21:28   

İraqın kürd bölgəsinin lideri Məsud Bərzani müstəqil Kürdüstanın reallaşacağı tarixi açıqlayıb. Bərzani bildirib ki, yenidən hazırkı vəzifəsinə seçilərsə, iki il ərzində Kürdüstan dövləti müstəqilliyini elan edəcək. Bərzani bu il avqustun 20-də keçiriləcək seçkilərdə yenidən namizəd olacaq. O, 2005-ci ildə xalq tərəfindən, 2009-cu ildə isə millət vəkillərinin səsi ilə İraqın kürd bölgəsinin rəhbəri seçilmişdi. 2013-cü ildə vəzifə müddəti başa çatsa da, bölgənin parlamenti bu tarixi bu ilin avqustuna qədər uzatmışdı.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Co Bayden Məsud Bərzani ilə bu yaxınlarda Vaşinqtonda keçirdiyi görüşdə sensassion açıqlama vermişdi. Bayden Bərzaniyə «Kürd dövlətini görməyə ikimizin də ömrü çatacaq» deyərək məlum tarixin heç də uzaq olmadığına işarə vermişdi.

Gültəkin
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.