ABŞ eksperti: "Moskva işğal olunmuş rayonları Azərbaycana gümüş nəlbəkidə qaytaracaq”

17-06-2015, 09:49   


“Mən hesab etmirəm ki, rəsmi Bakı ilə Moskvanın yaxınlaşması Qarabağ münaqişəsinin həllinə dramatik təsir göstərə bilər. Amma hadisələrin inkişafının bir ssenarisi – Bakının Moskvanın sputniki olmaq istəməsi variantı istisna olunmaqla. Belə olarsa, Mockva işğal olunmuş rayonları Azərbaycana, necə deyərlər, gümüş nəlbəkidə qaytaracaq”.

Virtualaz.org bildirir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş müşaviri, tanınmış təhlilçi Pol Qobl Ermənistanın "168 Jam" qəzetinə müsahibəsində deyib.

Amerikalı təhlilçi, həmçinin bildirib ki, İrəvan işğal etdiyi Azərbaycan torpaqlarını qaytarıb, Moskvanın Qafqazdakı casusu olmaqdan əl çəkərsə, Qərbin Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmindir: "Məncə, Ermənistan bu istiqamətdə addımlar ata bilər. Bununla da bir sıra məsələlərdə təminat alar”.

Amma Pol Qobl onu da bildirib ki, Qərbdə və Ermənistanda bu sövdələşəməni həyata keçirməyə hazır qüvvələrin olmasına əmin deyil: “Mən buna şübhə ilə yanaşıram".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.