"Bakı-2015" I Avropa Oyunlarında Heydər Əliyev adına idman Sarayında keçirilən sərbəst güləş üzrə yarışlarda dava düşüb.
57 kq çəki dərəcəsində yarımfinal mərhələsində qarşılaşan Gürcüstan təmsilçisi Vladimir Xvinçeqaşvili və Belarus təmsilçisi Vladislav Andreyev arasında dava düşüb. Görüşün ortasında bir-birinə kəllə və yumruq atan idmançıları hakim və məşqçilər ayırıblar.
Bundan sonra mübarizə saxlanılıb. Münsiflərin qərarı ilə hər idmançı diskvalifikasiya edilərək yarışlardan uzaqlaşdırılıblar. Hər iki tərəfin etirazlarına baxmayaraq onların etirazı qəbul edilməyib və güləşçilər zalı tərk etməyə məcbur olublar ("Trend").