“Kurtlar vadisi”nin Əbdülheyi Kənan Çoban ötən il ayrıldığı seriala Nəcati Şaşmaz üzündən qayıda bilmir.
Buna səbəb Kənanın ekran işindən ayrıldıqdan sonra Nəcatinin küsülü olduğu qardaşı Raci Şaşmazla çalışmağa başlamasıdır. Bu səbəbdən serialın Polad Ələmdarı Əbdülheyin layihəyə qayıtmasına veto qoyub. Kənanın “Yenidən işləyə bilərik” sualına Nəcatinin cavabı “Bu iş alınmaz” olub.
Qeyd edək ki, K.Çoban “Kurtlar vadisi”ndən ayrıldıqdan sonra Raci Şaşmazın “Bəyaz qərənfil” serialında çəkilmişdi.