Maşında sevişmək, cins geyinmək...- Ən qəribə qadağalar

17-06-2015, 22:22   

Dünyanın müxtəlif ölkələrində qəribə qadağalar tətbiq edilir.


“Qafqazinfo” həmin qadağalardan bəzilərini təqdim edir:

- Sinqapurda saqqız çeynəmənin cəzası 1992-ci ildən bəri həbsdir. Bunun tək istisnası nikotin saqqızlarıdır. Siqaret çəkən kişilər bu saqqızları həkim resepti ilə aptekdən ala bilər.



- Səudiyyə Ərəbistanda qadınların avtomobil sürməsi qadağandır.



- ABŞ-ın Kentucky əyalətində eyni kişi ilə 4 dəfə evlənib boşanmaq qadağandır.



- Danimarkada bir restoranda yemək yediyinizdə tam olaraq doymadıkca hesab ödəmək məcburiyyətində deyilsiniz.



- Taylandda insanların alt paltarı geyinmədən evdən çıxması qadağandır.



- İsveçrədə bazar günləri paltar asmaq qadağandır.



- Yaponiyada kök olmaq qadağandır. Bir çox yapon da bu qadağaya riayət edir.



- İtaliyada göyərçin yemləmək qadağandır. Qadağa ölkənin bəzi şəhərlərinə tətbiq olunur. Bu qanunun sərt şəkildə tətbiq olunduğu yer Venesiyadır. Bu qaydanı pozan şəxs 50-600 dollar arasında cərimələnir.



- İsveçrədə saat 22.00-dan sonra tualetin sifonunu çəkmək qadağandır.





- Türkmənistanda, paytaxtda foto çəkmək, qızıl diş taxdırmaq, evlilik öncəsi cinsi əlaqədə olmaq, opera və balet qadağandır.

- Şimali Koreyada cins geyinmək qadağandır.

- ABŞ-da Miçiqanda arabada sevişmək qadağandır. Ayrıca qadının saçı da qanunla ərinə aid sayılır.



Könül

“Qafqazinfo”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar